» » “Ermənistan "İsgəndər"lə bağlı çox spekulyasiya edir”

“Ermənistan "İsgəndər"lə bağlı çox spekulyasiya edir”

Bölmə: DÜNƏNDƏN-BUGÜNƏ, GÜNDƏM
“Ermənistan "İsgəndər"lə bağlı çox spekulyasiya edir”
“Ermənistan "İsgəndər" raket kompleksi məsələsində çox spekulyasiya edir və guya hərbi sahədə üstünlüklərini göstərmək istəyir”.

Xalqİnfo.az bildirir ki, Modern.az-ın xəbərinə görə, bunu jurnalistlərə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, əvvəlcə "İsgəndər" kompleksinin həqiqətən Ermənistana verildiyini, yoxsa Ermənistandakı Rusiya hərbi bazasına gətirildiyini müəyyənləşdirmək lazımdır:

“Ermənilər son vaxtlar bu məsələ ilə bağlı çox spekulyasiya edirlər və guya hərbi sahədə üstünlüklərini göstərmək istəyirlər. Bununla qətiyyən razı deyiləm.
Azərbaycan Ordusunda erməniləri yerində oturtmaq üçün kifayət qədər müasir silahlar var. Buna görə narahatlığa heç bir əsas yoxdur”.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler