» » Ramil Usubov fotoqraf və “qəhrəman polis”lə görüşdü

Ramil Usubov fotoqraf və “qəhrəman polis”lə görüşdü

Bölmə: DÜNƏNDƏN-BUGÜNƏ, MANŞET
Ramil Usubov fotoqraf və “qəhrəman polis”lə görüşdü
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı cəsarət və fədakarlıq göstərərək tüstüdən boğulan körpəni alovların içindən sağ-salamat çıxardığına görə dünyanın nüfuzlu media orqanları tərəfindən “qəhrəman polis” adlandırılan polis əməkdaşı Elvin Abışovu və ekstremal şəraitdə peşə borcunu ləyaqətlə yerinə yetirərək əsl vətəndaşlıq mövqeyi nümayiş etdirən fotomüxbir Orxan Əzimovu qəbul edib.


DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, xidməti və vətəndaşlıq borclarını layiqincə yerinə yetirdiklərinə görə onlara təşəkkür edən nazir Prezidentin tapşırığı ilə fərqlənmiş əməkdaşların dövlət təltiflərinə təqdim olunacaqlarını, eyni zamanda, onların mükafatlandırılması barədə müvafiq əmrlər imzaladığını bildirib. R. Usubov yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunmuş dövlət qurumlarının, o cümlədən polisin fədakar xidmətini yerli və xarici KİV-lərdə obyektiv şəkildə işıqlandırdığına görə "Report.az" İnformasiya Agentliyinin fotomüxbiri Orxan Əzimova Daxili İşlər Nazirliyinin "Fəxri fərmanı"nı da təqdim edib.

Ramil Usubov fotoqraf və “qəhrəman polis”lə görüşdü
Ramil Usubov fotoqraf və “qəhrəman polis”lə görüşdü
Ramil Usubov fotoqraf və “qəhrəman polis”lə görüşdü
Ramil Usubov fotoqraf və “qəhrəman polis”lə görüşdü

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler