» » Bakıda məmur uşaqları həbs edildi

Bakıda məmur uşaqları həbs edildi

Bölmə: DÜNƏNDƏN-BUGÜNƏ
Bakıda məmur uşaqları həbs edildi
Aeroport yolunda avtoşluq edənlərlə bağlı məhkəmə qərarı


Ötən gün sosial şəbəkələrdə və bir sıra saytlarda Bakının Zığ şossesində (aeroport yolu) iki avtomobilin həddən artıq yüksək sürətlə yarışa çıxdığını əks etdirən video yayılıb.

“Qafqazinfo” xəbər verir ki, “Virtualaz.org” Daxili İşlər Nazirliyindəki mənbəyə istinadla bildirib ki, avtomobillərin sahibləri Yevlax gömrüyünün rəisinin oğlu, DİN-də işləyən Həsənov Tural Əhməd oğlu və onun dostu Abdulbağırov Rahib olublar.
DİN avtomobillə xuliqanlıq edən məmur balalarını saxlayıb və az sonra məhkəmənin qərarı ilə yüksək rütbəli gömrük məmurunun oğlu Tural Həsənov 20 sutka azadlıqdan məhrum edilib. Onun “BMW X6” avtomobili ilə yarışa çıxdığı bildirilir. Həmçinin T.Həsənovu polis sıralarından qovublar. Digər avtoxuliqan isə 15 sutka həbs cəzası alıb.

Məmur uşaqlarının sözügedən videosunu təqdim edirik:


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler