DataLife Engine > Din, BLOK XƏBƏR, MANŞET, GÜNDƏM > “Allahşükür məscidi”nin açılışı oldu

“Allahşükür məscidi”nin açılışı oldu


19-12-2019, 16:56. Yerləşdirdi: Tural “Allahşükür məscidi”nin açılışı oldu
Prezident İlham Əliyevin Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncama uyğun olaraq, dekabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan Muxtar Respublikasında yubiley mərasimi keçirilib.

Yubiley tədbirləri çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ordubad rayonunun Dırnıs kəndində yeni inşa olunmuş “Allahşükür məscidi”nin açılış mərasimində iştirak edib.

QMİ-nin mətbuat xidmətindən daxil olan məlumata görə, məscidə Naxçıvan Muxtar Respublikası Dini qurumlarla İş üzrə Dövlət Agentliyi tərəfindən dini icmaların dövlət qeydiyyatı haqqında 19 saylı şəhadətnaməsi verilib. Sənəd Qafqaz Müsəlmanları İdarəsinin sədrinə təqdim olunub.

Məscid “Allahşükür məscidi” dini icmasının dini tələbatlarının ödənilməsinə xidmət edəcək.

“Allahşükür məscidi”nin açılışı oldu
“Allahşükür məscidi”nin açılışı oldu
Geri qayıt