DataLife Engine > Din > Amerika prezidentini müsəlman saymaq olar -

Amerika prezidentini müsəlman saymaq olar -


10-02-2019, 00:14. Yerləşdirdi: Tural Amerika prezidentini müsəlman saymaq olar -




Spirtli içki qəbul etmir, siqaret çəkmir; İdmanı ziyanlı sayır, “fast-food”la qidalanmağı xoşlayır


Amerika prezidenti siqaret çəkmir, spirtli içki qəbul etmir, hətta pivə belə içdiyini xatırlamır. İdmana maraq göstərmir, qidalanma zamanı daha çox "fast-food"a (ayaqüstü atışdırma) üstünlük verir. Buna baxmayaraq, ABŞ-ın 72 yaşlı 45-ci prezidentinin sağlıq durumu əladır. Prezidentin şəxsi həkimi bunu cənab Trampın "son dərəcə sağlam genlərə" sahib olması ilə izah edib: "Allah onu sağlam yaradıb".

"Məmnunluqla bildirirəm ki, Amerika prezidentinin sağlıq durumu çox yaxşıdır, ümid edirəm ki, prezidentliyi dövründə və elə ondan sonra da cənab Trampın sağlamlığı narahatlıq doğurmayacaq". Ağ Evin yaydığı məlumatda prezidentin şəxsi həkimi Sean Conley-in bu fikri özünə yer alıb. Qeyd olunur ki, Donald Tramp 4 saat ərzində Vaşinqtondakı "National Military Medical Centre" adlı yerdə ciddi tibbi nəzarətdən keçirilib və nəticələr müsbətdir.

Tibbi müayinənin bütün nəticələri ictimaiyyət üçün açıqlanacaqmı? Bəlli deyil. Ötən il isə prezidentin qanının tərkibində xolesterol səviyyəsi barədə belə məlumat verilmişdi. O da vurğulanmışdı ki, prezidentin çəkisi 108 kiloqramdır.

D. Tramp 2015-ci ildə "The New York Times"a verdiyi müsahibədə idmanla intensiv məşğul olan dostlarının nətcədən məyus qaldığını ifadə edərkən demişdi ki, onlar oynaqlarda, bel və topuqlarda olan mütəmadi ağrılardan şikayət edirlər.

Amerika mediası yazır ki, Barak Obama qan-tər içində voleybol oynamağı sevirdi, Corc Buş isə velosiped sürməyə üstünlük verirdi. Cənab Tramp isə aramla qolf oynayır, bir də Ağ Evin ətrafında piyada gəzintiyə üstünlük verir. İctimaiyyət nümayəndələri ilə keçirdiyi görüşlərdə də prezident ayaq üstə durur.

Prezidentin "Coca-Cola" içməsini və ət yeməsini sağlamlıq üçün ziyanlı hesab edənlər çoxdur. Ancaq o, belə düşünmür. Bu ilin yanvarında isə prezident Amerika futbolu üzrə çempion olmuş " The Clemson Tigers" klubunun üzvlərin qəbul etdi və onlarla birlikdə "fast-food" yedi.
Geri qayıt