DataLife Engine > Din > Şeyx Küveytə səfər edəcək

Şeyx Küveytə səfər edəcək


23-11-2018, 13:41. Yerləşdirdi: Tural  Şeyx Küveytə səfər edəcək




Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri ŞeyxülislamAllahşükür Paşazadənoyabrın 25-də Küveytə səfərə yola düşür.

İdarədən Xalqinfo.az -a verilən məlumata görə, səfər BMT Baş katibinin xüsusi məsləhətçisi, İslam xeyriyyəçilik Təşkilatının Direktorlar Şurasının sədri Abdallah Əl-Mətuqun şəxsi dəvəti əsasında həyata keçirilir.

Səfərdə məqsəd Küveyt əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl Sabahın himayəsi ilə keçirilən "Humanitar aksiyaların keyfiyyətinin artırılması naminə effektiv əməkdaşlıq və informasiya mübadiləsi” mövzusunda sayca səkkizinci Konfransda iştirak etməkdir.

Bu dəfəki Konfransın mövzusu "Bəşəriyyət aclıq əleyhinə səfərbər olsun” mövzusudur. Bu mövzu ötən ilin fevralında Vaşinqtonda "Müsəlman cəmiyyətlərində sülh naminə Forum” tərəfindən keçirilən tədbirdə İslam xeyriyyəçilik Təşkilatının Direktorlar Şurasının sədri Abdallah Əl-Mətuq tərəfindən irəli sürülüb. BMT Baş katibinin xüsusi məsləhətçisi statusuna malik İslam xeyriyyəçisi A.Əl-Mətuq "Milyon acın doydurulması” Humanitar aksiyasına çağırış edib.

Noyabrın 26-da keçiriləcək Beynəlxalq Konfransda QMİ sədri Şeyxülislam A.Paşazadə məruzə ilə çıxış edəcək.
Geri qayıt