DataLife Engine > Din, BLOK XƏBƏR, MANŞET > Papa məsciddə dua etdi- xaç çəkmədi+Video

Papa məsciddə dua etdi- xaç çəkmədi+Video


29-11-2014, 19:22. Yerləşdirdi: Tural Papa məsciddə dua etdi- xaç çəkmədi+Video
Türkiyədə səfərdə olan Roma Papası Sultan Əhməd məscidində dua edib.

ans tv-nin Türkiyə bürosundan verilən məlumata görə, Türkiyəyə səfər edən dördüncü Roma Papası kimi tarixə düşən Papa Fransisk səhər saatlarında İstanbula gəldi. Papa Fransisk hava limanından birbaşa Sultan Əhməd məscidinə ziyarətə yollanıb. İstanbul müftisi ilə katoliklərin liderinin Sultan Əhməd məscidində birgə duası isə ən çox diqqət çəkən məqamlardan olub. Ortaq dini dəyərləri, dini dialoqu təbliğ edən bu jest istər Türkiyə, istərsə də Qərb mətbuatı tərəfindən xüsusi vurğulanıb. İstanbul müftisi ilə hər iki din üçün müqqədəs sayılan şəxslərə aid Quran ayələri oxuyub. Duanın sonunda Papa xaç çəkməyib. Bir məsciddə dua edən katolik rəhbərinin bu jesti isə İslama hörmət kimi qiymətləndirilib.

Ümumiyyətlə Roma Papasının İstanbula gəlişi ilə bağlı indiyə qədər görünməmiş təhlükəsizlik tədbirləri həyata keçirilir. Papanın şəhər gəzintisi zamanı ətraf ərazilər vətəndaşların girişi üçün bağlanıb. Geniş təhlükəsizlik tədbirləri görülüb və hətta tramvay dayanacaqları belə boşaldılıb. Ətrafa çox sayda polis dəstəsi yerləşdirilib. Taksim meydanı yaxınlığındakı insanlar xüsusi cihazlarla yoxlanıldıqdan sonra meydana buraxılıb.

Geri qayıt