DataLife Engine > Din > Şeyxdən Əl-Əqsa açıqlaması

Şeyxdən Əl-Əqsa açıqlaması


10-11-2014, 23:54. Yerləşdirdi: Tural Şeyxdən Əl-Əqsa açıqlamasıƏl-Əqsa məscidi ətrafında baş verən prosseslərə bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadədən də açıqlama gəlib.

Hacı Allahşükür Paşazadə ANS-ə bildirdi ki, baş verənlər təkcə müsəlmanların deyil, dünyanın bütün dindarlarının problemidir. Müsəlmanların Kəbədən sonra ikinci ən müqəddəs məkanı olan Əl Əqsa yalnız islam və müsəlmanlar üçün deyil, bütün səmavi dinlər, İsa və Musa peyğəmbərlərmiz üçün də müqəddəsdir.

Şeyx dedi ki, dünya bu hadisələri etinasızlıqla izləyərsə, ədalətli mövqe ortaya qoyulmazsa bu, gələcəkdə dinlərəarsı münaqişəyə, dünya miqyasında təxribata səbəb ola bilər.

Bütün qafqazın Şeyxi prosesləri ciddi narahatlıqla izlədiyini və məsələdə sağlam düşüncənin, ağlın və imanın qələbəsinə inandığını deyib.

Qafqaz Müsəlmanları İdarəsi yaranmış problemlə bağlı xüsusi açıqlama ilə çıxış edəcək.
Geri qayıt