DataLife Engine > Din > “Quran”ı yandıran xristian ər-arvad öldürüldü

“Quran”ı yandıran xristian ər-arvad öldürüldü


5-11-2014, 22:29. Yerləşdirdi: Tural “Quran”ı yandıran xristian ər-arvad öldürüldüPakistanda müsəlmanlar xristian ər-arvadı öldürüb.


“Qafqazinfo” aznews.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı “Wall Street Journal” qəzeti yayıb.

Müsəlmanlar Şama Bibini və Şahbaz Masihini Quranın səhfələrini yandırmaqda ittiham edib. Bu hadisə noyabrın 4-də, Pəncab vilayətinin Kot Radha Kişan kəndində olub. Polis olaydan sonra 42 sakini saxlayıb. Polis rəisi deyib ki, kənddəki kərpic zavodunda işləyən həmin ər-arvad Quran səhifələrini yandırıb.

Qəzet qeyd edib ki, bu kənddə yaşayanlar çox kasıbdırlar. Şama Bibi və Şahbaz Masihin bu kənddə yerləşən kərpic zavodunun sahibi Yousaf Gujjara borcları olub. Insan haqları fəalları deyiblər ki, Pakistanda kasıblar işə düzələndə avans kimi pul alırlar, sonra bu pulu maaşlarından qaytarırlar.

Hadisədən qabaq bu ər-arvadı borclarına görə məhz kərpic zavodunda tutub-saxlayırlarmış.

Polis bildirib ki, Quran səhifələrinin cırılması, yandırılması faktdır, ancaq bunu kimin etdiyi dəqiq sübut olunmayıb.

Qəzet onu da vurğulayıb ki, Pakistanda işçilər sahibkara olan borcunu qaytarana qədər gündə 2-7 dollar pul alır.
Geri qayıt