DataLife Engine > Din > Qiraəti gözəl olmayanın namazı gözəl olarmı?

Qiraəti gözəl olmayanın namazı gözəl olarmı?


19-10-2017, 23:21. Yerləşdirdi: sefa Qiraəti gözəl olmayanın namazı gözəl olarmı?
Qiraət, namazın əsas şərtlərindən biridir. Ancaq bu qiraətin gözəl olub olmaması isə namazın şərtlərinə daxil deyil.

Xalqinfo.az muselmanlar.com-a istinadən bildirir ki, bir namazın gözəl olması, qılan insanın təqvasına və idrakına bağlıdır. Siz, bu keyfiyyətləri daşıyırsınızsa, qiraətiniz ya da tələffüzünüz pis olsa da deməli, namazınız gözəldir.

Quranda Allah belə buyurur: "Vay o şəxslərin halına ki, namazlarından qafildir. Riyakarlıq/göstəriş edirlər". (Maun, 4-6)

Əsas olan, oxuduğunu anlamaq və onu həyatınıza əks etdirməkdir. Əgər bu şəkildə namazınızı qılırsınızsa, Allahın digər ayəsində təriflədiyi şəxslərdən olarsınız: "O kimsələr ki, namaz qılır və salih əməllər işləyir, onların yeri altından çaylar axan cənnətdir." (Bəqərə 277)
Geri qayıt