DataLife Engine > Din > Bu ay Aşura günü nə vaxt olacaq?-

Bu ay Aşura günü nə vaxt olacaq?-


26-10-2014, 19:13. Yerləşdirdi: Tural Bu ay Aşura günü nə vaxt olacaq?-
Bu gün Məhərrəmlik ayının birinci günüdür. İmam Hüseyn və onun tərəfdarlarının din, ədalət və ən əsası insan uğrunda canlarından keçdiyi bu ay müsəlmalar üçün müqəddəs, müqəddəs olduğu qədər də kədərli aydır. Qafqaz Müsəlmanları İdarəsi bu ayın şəhidlərin adına layiq keçməsi ilə bağlı tövsiyyələr verib.

ANS TV-nin məlumatına görə, bu gün hicri-qəməri təqvimi ilə 1436-cı ilin başlanğıcı Məhərrəm ayının biridir. Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının Məhərrəm ayı ilə bağlı fətvasında deyilir ki, Məhərrəm ayının 10-u , Aşura günü isə noyabrın 4-ə təsadüf edir. Məhərrəm ayı müqəddəs ay hesab olunmaqla bərabər, həm də islam tarixinə kədərli gün kimi daxil olub. Məhərrəm ayı İmam Hüseynin və Əhli-Beyt tərəfdarlarının şəhid olduğu aydır. Qafqaz Müsəlmanları İdarəsi din yolunda mübazirə aparan İmam Hüseyn və onun tərəfdarlarının şəhidliyini onların adına layiq şəkildə keçirilməsini tövsiyə edir. Təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalı, vətənimiz uğrunda şəhid olanların əziz xatirəsi yad edilməlidir. Bu günlərdə qurşağadək soyunaraq zəncir, sinə vurmaqla qan çıxarmaq şəriətə uyğun deyil və qınağa səbəb olur. Yaxşı olar ki, bu günlərdə qan verilsin. Son illər Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə bu tip aksiyalar gerçəkləşdilir. Bu il də analoji aksiyalar baş tutacaq.

Qafqaz Müsəlmanları İdarəsi din xadimlərinə moizələrində Kərbəla şəhidləri ilə bağlı tarixi həqiqətləri, Kərbəla şəhidliyinin mahiyyətini çatdırmaqla bərabər, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən, Qarabağ, Xocalı şəhidlərinin fədakarlıq nümunəsini təlqin etməyi tapşırıb.

Geri qayıt