DataLife Engine > Din, BLOK XƏBƏR, MANŞET > Azərbaycanda Məhərrəmlik ayı başladı

Azərbaycanda Məhərrəmlik ayı başladı


22-09-2017, 02:11. Yerləşdirdi: Tural Azərbaycanda Məhərrəmlik ayı başladı
Bu gündən Azərbaycanda Məhərrəmlik ayı başlayıb.

“Xalqinfo”nun məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasında bildirilir ki, yeni Hicri 1439-cu ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2017-ci il sentyabr ayının 22-nə təsadüf edir. Aşura günü isə oktyabrın 1-nə düşür.

Qeyd olunur ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.
Geri qayıt