DataLife Engine > Din, GÜNDƏM > Şeyx Patriarx Kirilli Bakıdakı erməni kilsəsinə dəvət edib

Şeyx Patriarx Kirilli Bakıdakı erməni kilsəsinə dəvət edib


8-09-2017, 21:39. Yerləşdirdi: sefa Şeyx Patriarx Kirilli Bakıdakı erməni kilsəsinə dəvət edib
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Moskva və bütün Rusiyanın patriarxı Kirilli Bakıdakı erməni kilsəsinə baş çəkməyə dəvət edib.

“Xalqinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, Rusiya paytaxtında keçirilən Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin görüşündə Şeyxülislam Patriarx Kirilli Bakıdakı erməni kilsəsindəki vəziyyətlə tanış olmağa dəvət edib.

Hacı Allahşükür Paşazadə bildirib ki, 2019-cu ilin avqustunda Bakıda MDB dinlərarası Şurasının iclası keçiriləcək. Şeyxülislam söyləyib ki, Patriarx Kirill həzrətləri bizim ağsaqqalımız olaraq Bakıda olan zaman erməni kilsəsinə baş çəksin, oradakı vəziyyətlə tanış olsun.

Qeyd edək ki, işğal olunmuş Azərbaycan ərazilərində dini və mədəni abidələrin dağıdılması və təhqir olunmasına münasibət bildirən II Qaregin Bakıdakı erməni kilsəsinin heç də kafi vəziyyətdə olmaması iddiasını irəli sürüb, cavab olaraq Şeyxülislam maraqlı olmayan tərəf kimi Patriarx Kirilli Bakıya səfəri zamanı erməni kilsəsini birgə ziyarət etməsini və onun bugünkü vəziyyəti ilə əyani surətdə tanış olmasını təklif edib.


Geri qayıt