DataLife Engine > Din > Azərbaycan və Ermənistan dini liderlərinin görüşü olacaq

Azərbaycan və Ermənistan dini liderlərinin görüşü olacaq


28-08-2017, 12:37. Yerləşdirdi: sefa Azərbaycan və Ermənistan dini liderlərinin görüşü olacaq
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə bütün ermənilərin katolikosu II Qaregin arasında görüş olacaq.

“Xalqinfo” APA-ya istinadən xəbər verir ki, görüşün sentyabrın 8-i Moskvada keçirilməsi gözlənilir. Görüşü Moskva və bütün Rusiyanın patriarxı Kirill təşkil edir. Burada əsasən Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılacaq.

Dini liderlər münaqişənin dini müstəviyə keçməməsi, o cümlədən münaqişə ilə əlaqədar baş verən gərginliklərin təkrarlanmaması, problemin həllinə dini liderlərin hansı töhfələri verə biləcəyinə dair məsələləri müzakirə edəcəklər.

QMİ mətbuat xidmətindən də belə bir görüşün keçiriləcəyini təsdiqləyiblər.
Geri qayıt