DataLife Engine > Din > DQİDK İslam Həmrəyliyilə bağlı müşavirə keçirib

DQİDK İslam Həmrəyliyilə bağlı müşavirə keçirib


2-08-2017, 19:21. Yerləşdirdi: sefa DQİDK İslam  Həmrəyliyilə bağlı müşavirə keçirib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib.

Xalqinfo.az bildirir ki, müşavirədə komitənin sədri, sədr müavinləri, eləcə də Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Tədbirdə bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin önəminə toxunan DQİDK-nın sədri Mübariz Qurbanlı xalqımızı vahid ideologiya-Azərbaycançılıq ətrafında birləşdirən amillərin onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, həm də İslam dini olduğunu bildirib. O, xalqın dini dəyərlərinin və mədəniyyətinin qorunması istiqamətində dövlət başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasətə diqqət çəkib.

“İslam Həmrəyliyi İli” ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verən komitə sədri prezident İlham Əliyevin Sərəncamı ilə hazırlanan Tədbirlər Planına əsasən Dövlət Komitəsinin müvafiq qurumlarla gördüyü işlər, planlaşdırdığı tədbirlər və qarşıda duran vəzifələrindən danışıb. Gündəliyə uyğun olaraq, dövlət komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva və Lənkəran bölgəsi üzrə şöbənin müdiri Qağayı Məmmədovun hesabat məruzələri dinlənilib.

Məruzələrdə Dövlət Komitəsinin fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılması işinin təşkili, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsi tərəfindən həyata keçirilən tədbirlər, bölgədəki dini durum haqqında məlumat verilib. / A24.Az

DQİDK İslam  Həmrəyliyilə bağlı müşavirə keçirib
DQİDK İslam  Həmrəyliyilə bağlı müşavirə keçirib
Geri qayıt