DataLife Engine > Din > Məktəbdə namaz qılmaq olar?

Məktəbdə namaz qılmaq olar?


13-10-2014, 16:45. Yerləşdirdi: Fidan Məktəbdə namaz qılmaq olar?
"Rus müəllimləri məni görüb təhqirə başladılar ki..."

Müəllim məktəbdə namaz qıla bilərmi? Bu sualla oxuculardan biri Qafqaz Müsəlmanları İdarəsinə müraciət edib. ans press-in məlumatına görə, sualda deyilir:

"Mən müəlliməyəm. Ruslarla birgə çalışıram. Məktəb mərhum Heydər Əliyev cənablarının adınadır. Lakin Azərbaycan və rus uşaqları oxuyur. Bu gün namazımı çatdıra bilməyəcəyim üçün məktəbdə qıldım. Amma rus müəllimləri görub təhqirə başladılar ki, burada icazə verilmir.

Həqiqətən Azərbaycanda müsəlman müəllimə məktəbdə namaz qılmağa izin verilmir? Əgər bu belədirsə, bu harada sənəd kimi qeyd olunub?"

Qafqaz Müsəlmanları İdarəsi, Fətva şöbəsinin cavabında isə bildirilib ki, Azərbaycan Respublikasında hər bir vətəndaşın, o cümlədən də hər bir müsəlmanın din və vicdan azadlığı vardır. Hər kəs öz dini ayinlərini azad formada yerinə yetirə bilər. "Lakin dinimizin şəriət qaydalarına əsasən hər hansı bir şəxsin mülkündə onun icazəsi olmadan namaz qılmaq olmaz. Əgər sizin işlədiyiniz yer özəl müəssisədirsə sahibinin icazəsi olmadan orada namaz qıla bilməzsiniz. Dövlət müəssisələrinə gəldikdə isə, əgər namaz üçün ayrılmış hər hansı bir otaq yoxdursa, çıxıb hər hansı bir məsciddə namaz qılmağınız tövsiyyə olunur".

Geri qayıt