DataLife Engine > Din, BLOK XƏBƏR, MANŞET > Hacı İlqar Cümə məscidi adından qanunsuz istifadə edir

Hacı İlqar Cümə məscidi adından qanunsuz istifadə edir


19-06-2017, 12:35. Yerləşdirdi: Leyla Hacı İlqar Cümə məscidi adından qanunsuz istifadə edir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov İlqar İbrahimoğlunun İçərişəhər “Cümə” məscidi dini icmasının adından istifadə etməsinə münasibət bildirib.

Report-un məlumatına görə, şöbə müdiri bildirib ki, iyunun 18-də bəzi kütləvi informasiya vasitələrində İ.İbrahimoğlunun Ramazan ayının 3-cü Əhya gecəsi ilə bağlı İçərişəhər “Cümə” məscidi dini icmasının adından istifadə edərək tədbir keçirməsi haqqında məlumat yayılıb.

A.Kazımov deyib ki, İ.İbrahimoğlunun İçərişəhər “Cümə” məscidi və orada fəaliyyət göstərən dini icma ilə hər hansı hüquqi bağlılığı yoxdur: "Bildirirəm ki, hazırda rəsmi dövlət qeydiyyatından keçmiş İçərişəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Surxay Məmmədovdur. İlqar İbrahimoğlunun İçərişəhər “Cümə” məscidi dini icmasının adından sui-istifadə edərək tədbir keçirməsi, bunu mətbuatda işıqlandırması yolverilməzdir və qanunvericilyə zidd xarakter daşıyır. O, belə qeyri-qanuni hərəkətlərini davam etdirərsə, hüquqi məsuliyyət daşıyacaq və Dövlət Komitəsi tərəfindən bununla bağlı hüquqi müstəvidə bütün zəruri addımlar atılacaq.

Dindar vətəndaşlarımızı məscidlərdən kənar, qeyri-qanuni şəkildə təşkil edilmiş belə tədbirlərə qatılmamağa çağırırıq".

Leyla Həsənova
Geri qayıt