DataLife Engine > Din > Fitrəni nə vaxt vermək lazımdır?

Fitrəni nə vaxt vermək lazımdır?


19-06-2017, 11:14. Yerləşdirdi: Leyla Fitrəni nə vaxt vermək lazımdır?
Ramazan ayının sonuna az vaxt qalıb. Ramazan ayına xas ibadətlərdən biri də islam dinində vacib sayılan fitrə sədəqəsidir. Ramazan Bayramı namazına qədər verilməli olan fitrə kasıbların bayram gününü hamı kimi keçirməsinə xidmət edir.

Xalqinfo.az xəbər verir ki, Fitrə məhz özünün və ailəsinin xərclərini təmin edə bilməyən və bunu edəcək kimsəsi olmayan şəxslərə çatdırılmalıdır. Fitrəni verən zənginlər, alan isə kasıblardır.

Fitrə Peyğəmbərimizin dövründə, əsasən, buğda, arpa, quru üzüm və xurmadan verilirdi. Tarixən bu şəkildə verilən fitrə sədəqəsi müasir dövrdə pulla əvəzlənə bilər. Bu pulun miqdarı isə bir insanı bir gün ərzində doyuracaq qədər olmalıdır. Ailə başçısı ailə üzvlərinin sayına uyğun olaraq müəyyən olunmuş miqdarda fitrə çıxarmalıdır.

İlahiyyatçıların sözlərinə görə, fitrə mütləq Bayram namazından əvvəl verilməlidir. Məqsəd isə odur ki, fitrəni alan şəxslərin də evlərində bayram süfrəsi açılsın. İlahiyyatçılar bildirirlər ki, borc alıb fitrə zəkatı vermək düzgün deyil.

Leyla Həsənova
Geri qayıt