DataLife Engine > Din, MANŞET > Azərbaycanda seyidlik vəsiqələri verilir- QMİ-nin xəbəri varmı?

Azərbaycanda seyidlik vəsiqələri verilir- QMİ-nin xəbəri varmı?


12-06-2017, 09:21. Yerləşdirdi: Leyla Azərbaycanda seyidlik vəsiqələri verilir- QMİ-nin xəbəri varmı?
Azərbaycanda Seyid Ağa vəsiqələri verilir.

Xalqinfo.az məlumatına görə, belə vəsiqələrdən birinin fotoşəkli sosial şəbəkədə müzakirə mövzusu olub.

Tağıyev Elnur Mirverdi oğlunun "seyidliyini təsdiqləyən sənəd" QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov tərəfindən verilib. "Sənəd" onun imzası və şəxsi möhürü ilə təsdiqlənib.

Sənəddə qeyd edilən 21313 rəqəmi, böyük ehtimalla, seyidlərə verilən belə vəsiqələrin sayını göstərir.

Qafqaz Müsəlmanları İdarəsinin bu səlahiyyətə malik olduğu barədə ictimaiyyətin məlumatsızlığı sənədin həqiqiliyini şübhə altına salıb.

Leyla Həsənova
Geri qayıt