DataLife Engine > Din, MARAQLI > Bəzi oruc tutanlarda baş ağrısını nədən olur?

Bəzi oruc tutanlarda baş ağrısını nədən olur?


27-05-2017, 19:45. Yerləşdirdi: Leyla Bəzi oruc tutanlarda baş ağrısını nədən olur?
Yaşadığımız Ramazan ayında bəzi adamlarda baş ağrıları ola bilir. Bunun bir çox səbəbləri ola bilər. Adətən baş ağrıları qan azlığından, miqrendən və sinüzitdən ağrıyar.

Lakin Ramazan ayında baş ağrılarının ən mühüm səbəbi səhər obaşdanda yemək yeməməkdir. Ona görə də oruc tutan insanlar mütləq səhər obaşdana kifayət qədər yemək yeyib, su içməlidir ki, gün ərzində baş ağrısından əziyyət çəkməsinlər.

Xalqinfo.az deyerler.org-a istinadən bildirir ki, əgər obaşdana yatıb qalmısınızsa, o zaman iftarınızı ilıq su və xurma ilə açın və yemək yeməyə çox da tələsməyin. Yeyən zaman da ifrat etməyin.
Bəzən miqren ağrıları oruc zamanı da baş qaldıra bilir. Bu zaman həkimlər məsləhət görür ki, obaşdan və iftarda bir qaşıq balı qaynar suda həll edib, ona limon suyu əlavə etsinlər. Bir dəfə səhər obaşdanda və bir dəfə də yatmazdan əvvəl ondan içmək lazımdır.
Qan azlığı ilə bağlı baş ağrısını aradan qaldırmaq üçün məsləhət görülür ki, yuxarıdakı resepti limon suyu tökmədən istifadə edəsiniz. Bu məhlulu da bir dəfə səhər obaşdanda və bir dəfə də yatmazdan əvvəl içmək lazımdır.
Sinüzitdən əziyyət çəkənlər isə bənövşə yağından istifadə edə bilərlər.
Çay içən zaman da əgər həddi aşarsınızsa, baş ağrısına səbəb olar. Ona görə də çayın miqdarını da azaldın ki, baş ağrısı sizi incitməsin.
Oruc tutan hər bir insan bilməlidir ki, 17-18 saat ac və susuz qaldığı üçün yaxşı olar səhər obaşdana mütləq qalxsın və kifayət qədər yeyib-içsin ki, gün ərzində baş ağrısından əziyyət çəkməsin.

Leyla Həsənova
Geri qayıt