DataLife Engine > Din > Dini fəaliyyətə qoyulan qadağa ləğv edildi

Dini fəaliyyətə qoyulan qadağa ləğv edildi


16-05-2017, 14:14. Yerləşdirdi: Leyla Dini fəaliyyətə qoyulan qadağa ləğv edildi
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik təklif edilib.

Xalqinfo.az xəbər verir ki, fəyişiklik barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məlumat verib. Hazırkı variantda ancaq əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağan edilir.

Qanun layihəsinə təklif olunan digər dəyişikliyə görə, xaricdən dini təhsil almış Azərbaycan vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakmiyyəti orqanı ilə razılaşdırılmaqla islam dininə aid ain və mərasimlərin aparılmasına buraxıla bilərlər. Mövcud qanunvericiliyə əsasən, xaricdən dini təhsil almış Azərbaycan vətəndaşlarına islam dininə aid ain və mərasimlərin aparılması qadağandır.

Bundan başqa qanun layihəsinə təklif olunan dəyişikliyə görə, vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz tərəfindən həyata keçirilir. Mövcud variantda vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi və din xadimlərinin mübahisəli mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz və ya dini idarələr tərəfindən həyata keçirilir. Dəyişiklik səsverməyə çıxarılaraq qəbul olunub.

Leyla Həsənova
Geri qayıt