DataLife Engine > Din > Bütün müsəlmanları mömin saymaq olarmı?

Bütün müsəlmanları mömin saymaq olarmı?


11-04-2017, 08:47. Yerləşdirdi: Leyla Bütün müsəlmanları mömin saymaq olarmı?
Müsəlman - İslam dininin əsası olan kəlmeyi-şəhadəti dili ilə təsdiq edən, əməli ilə aşkarda pozmayan və dinin vacib əmrlərini aşkarda inkar etməyən hər bir şəxsə deyilir.

Yəni müsəlman Allahın vahidliyinə, Həzrət Mühəmmədin (s) peyğəmbərliyinə iman gətirməli, axirətə inanmalı, namaz, oruc, həcc, xüms-zəkat kimi vacib hökmlərin mövcudluğunu qəbul etməlidir (hətta özü yerinə yetirməsə də). Müsəlman şəxsin canı, malı və namusu digər müsəlmanlar üçün möhtərəmdir və bunlara təcavüz etmək günahdır.

Xalqinfo.az islam.az-a istinadən bildirir ki, amma möminlik insanın daxili aləmi ilə bağlı məsələdir. Yəni müsəlmanlıq zahiri məsələdir, insan aşkarda özünü müsəlman kimi göstərib, amma qəlbində iman bəsləməyə bilər. Mömin isə həm aşkarda, həm də gizlində Allahın qanunlarına əməl edən şəxsdir. İnsanın mömin olub-olmadığını dəqiqliyi ilə yalnız Allah-Təala bilər. Qısaca belə deyə bilərik ki, bütün möminlər müsəlmandır, amma bütün müsəlmanların mömin olduğunu söyləmək olmaz.

Leyla Həsənova
Geri qayıt