DataLife Engine > Din, GÜNDƏM > İslam Partiyasının sabiq sədr əvəzi Milli Şuranın mitinqinə qarşı çıxdı

İslam Partiyasının sabiq sədr əvəzi Milli Şuranın mitinqinə qarşı çıxdı


6-04-2017, 13:53. Yerləşdirdi: sefa İslam Partiyasının sabiq sədr əvəzi Milli Şuranın mitinqinə qarşı çıxdı
Milli Şura aprelin 8-də keçmiş “Məhsul” stadionunda mitinq keçirəcək.

Mitinqə cəmiyyətin müxtəlif üzvləri dəvət edilib.

İslam Partiyasının sabiq sədr əvəzi Elçin Manafov Modern.az-a bildirib ki, onlar aksiyaya dəvət edilməyiblər.

“Bildiyiniz kimi mən hazırda partiyanı təmsil etmirəm. Artıq üç ildir ki, istefa vermişəm. Amma bizim öz “Maarifçiliyə dəvət “ adlı cəmiyyətimiz var. Mətbuat vasitəsilə aksiyadan məlumatlı olsaq da, bizi dəvət edən olmayıb. Ümumiyyətlə mən aksiyaların tərəfdarı deyiləm. Azərbaycan öz vətənimizdir, hamı istəyir ki, dinclik və sakitlik olsun. İğtişaş olanda düşmənləri də sevindirmiş oluruq. Məsələn, elə mediada Ermənistan hakimiyyəti ilə xalq arasında anlaşılmazlıqları görür və düzgün idarəçiliyin mövcud olmadığını düşünürük. Amma belə şeylərin bizim ölkəmizdə olması heç də arzuolunan hal deyil. Bəzi mitinqlər provakativ xarakter daşıyır. Mən qəti şəkildə bunların əleyhinəyəm”.

Elçin Manafov deyib ki, insanları vaxtında dinləyib, problemlərini həll edən olsa, belə mitinqlərə ehtiyac qalmaz.

Geri qayıt