DataLife Engine > Din > Sabahdan Rəcəb ayı başlayır

Sabahdan Rəcəb ayı başlayır


29-03-2017, 15:14. Yerləşdirdi: Leyla Sabahdan Rəcəb ayı başlayır
İslam dinində müqəddəs hesab olunan 3 aydan (Rəcəb, Şaban, Ramazan) ilki olan Rəcəb ayının astanasındayıq. Bu il Rəcəb ayı mart ayının 30-dan başlayır. Bəs bu ayda hansı əməllər yerinə yetirilməlidir?

Xalqinfo.az salamnews-a istinadən xəbər verir ki, İslam mənbələrində göstərilib ki, Rəcəb ayında hər gün səhər və axşam, namazlardan sonra bu ayın xüsusi duasını oxumağın çox böyük savabı vardır. Bu dua "Məfatihul Cinan" kitabında qeyd olunub.

Rəcəb ayında oruc tutmağın da böyük savabı vardır. İmam Sadiqdən (ə) belə bir hədis nəql olunur: "Rəcəb ayında oruc tutanın savabının miqdarını Allahdan başqası bilmir. Həqiqətən, bu elə aydır ki, Allah onu başqa aylardan fəzilətli etmişdir. Bu ayın hörmətini üstün etmiş və oruc tutanları əziz tutacağını dair özünə söz vermişdir".

Həmçinin İmam (ə) buyurub: "Hər kəs bu ayın son günlərindən birini oruc tutarsa, Allah onu ölümün şiddətindən, ölümdən sonrakı qorxudan və qəbir əzabından qoruyar. Hər kəs bu ayın son günlərindən ikisini oruc tutarsa, sirat körpüsündən asanlıqla keçər. Hər kəs bu ayın son üç gününü oruc tutarsa, böyük Qiyamət gününün şiddət və qorxusundan xilas olar".

Digər bir hədisdə deyilir ki, hər kəs Rəcəb ayında sübh və əsr vaxtında 70 dəfə "Əstəğfirullahə və ətubu iləyh" dedikdən sonra əllərini Allahın dərgahına qaldıraraq "Əllahum-məğfirli və tub ələyyə" deyərsə, həmin şəxsin bu ay ərzində öləcəyi təqdirdə Rəcəbin bərəkətinə görə cəhənnəm od onu yandırmaz.

Həzrət Peyğəmbər (s) buyurub: "Rəcəb ayı ümmətimin bağışlanma ayıdır. Ona görə bu ayda çoxlu bağışlanma istəyin ki, Allah bağışlayan və mehribandır. Bu ayda ümmətimə Allahın rəhməti daha çox nazil olar. "Əstəğfirullahə və əs'əluhut-tövbə" zikrini çox deyin".

Allah bu ayda etdiyiniz ibadətləri qəbul etsin !

Leyla Həsənova

Geri qayıt