DataLife Engine > Din > Yuxuda mərhum şəxsi görməyin mənası nədir?

Yuxuda mərhum şəxsi görməyin mənası nədir?


28-03-2017, 08:59. Yerləşdirdi: Leyla Yuxuda mərhum şəxsi görməyin mənası nədir?
Yuxu bizim üçün hüccət (sübut, dəlil) ola bilməz. Yəni yuxuda görülənlər əsasında heç bir ciddi və qəti hökm vermək mümkün deyil. Yuxu əksər hallarda sırf fizioloji və psixoloji səbəblərə əsaslanır.

Xalqinfo.az islam.az-a istinadən bildirir ki, yəni insanın gün ərzində yaşadığı hisslər, düşüncələri, fiziki sağlamlığı, psixoloji durumu və sairə amillər yuxuya ciddi təsir göstərir. Yaxın adamını itirmiş şəxs adətən gün ərzində onun haqqında çox düşünür, bu səbəbdən gecə onu yuxuda görməsi də təbii sayıla bilər. Xalq arasında belə bir inam var ki, guya mərhum hər hansı təmənna ilə yuxuya gəlir. Məsələn, diri adamın başına gələn hər hansı hadisə guya ölüyə "əyan" olur və ya ölü həmin diri adamdan Yasin oxumasını, onun qəbri üstə getməsini tələb edir və s. Bu inancların dində kökünü tapmaq çətindir. Bunları vacib bir hökm kimi qəbul etmək olmaz. Bununla belə, mərhumu yuxuda görmüş insanın ən azından öz psixoloji aramlığı naminə mərhuma rəhmət deməsi, ruhuna Fatihə və ya Yasin oxuması, qəbrini ziyarət etməsi bəyənilən haldır.

Leyla Həsənova
Geri qayıt