DataLife Engine > Din, MARAQLI > Fəal nöqtələri oyandıran çıldağ müalicəsi

Fəal nöqtələri oyandıran çıldağ müalicəsi


21-03-2017, 20:19. Yerləşdirdi: Leyla Fəal nöqtələri oyandıran çıldağ müalicəsi
Xalq təbabətində müxtəlif müalicə üsulları var. Şərq təbabətində, o cümlədən Çin təbabətində orqanizmin müəyyən nöqtələrinə iynə batırmaqla aparılan müalicə forması geniş yayılıb.

Çıldağın əsasında da bir növ bədənin bioloji fəal nöqtələrinə od vasitəsilə təsir göstərmək, onu oyandırmaq durur. Çıldağ edəndən sonra bəzən qurğuşun əridərək xəstənin başı üzərində bir neçə dəfə hərləyir, bəzən isə kürəkdəki nəzər damarını ovxalayırlar.

Xalqinfo.az AZƏRTAC-a istinadən bildirir ki, təbabətdə termoterapiya adlanan nöqtəvi dağlama yolu ilə aparılan müalicə forması mövcuddur. Kiçik pambıq parçalar siqaret kimi uc-uca calanaraq orqanizmin bioloji aktiv nöqtələrinə istilik verilir. Əslində söhbət həmin nöqtələri yandırmaqdan yox, oyatmaqdan gedir və onlar orqanizmdə çox böyük rol oynayır.

Çıldağla müalicə üsulu ilə uzun illər məşğul olanların dediyinə görə, orqanizmdə 27 belə aktiv nöqtə var. Həmin nöqtələr oynaqlarda, alında, boyun nahiyəsində, qollarda və dizlərdə olur. Onların dediyinə görə, qorxu zamanı ilk təsir ayaqlarda özünü göstərir. Bundan başqa dildə səpgi, göz qırpmaq, yuxuda qışqırmaq və səksənmək də xəstəliyin əlamətlərindən hesab olunur.

İnsan təkcə fiziki deyil, həm də energetik varlıq kimi də mövcuddur və onun ətrafında energetika sahəsi var. Stress və depressiyalar nəticəsində onun ətrafındakı energetika sahəsi daralır. Stressi atmağın bir yolu da çıldaq etdirməkdir. Hətta Bakı kəndlərinin bəzilərində onu "damar əzələsini boşaltmaq" da adlandırırlar. Ona görə də qorxu zamanı və stress keçirəndə az qala hər həftə çıldaq etdirənlər olur və bu, bir növ vərdişə çevrilir.

Oda sitayiş, odla qorxutmaq atəşpərəstlik dövrünün inanclarından hesab olunur. Ona görə də bəzən çıldağı həmin dövrdən indiyə gəlib çıxan bir müalicə forması kimi qəbul edirlər. Çıldağa üz tutanların şəfa tapması isə ona olan inamın güclü olması ilə əlaqələndirilir.

Leyla Həsənova

Geri qayıt