DataLife Engine > Din > "Azanı qadağan etmək müsəlmanların varlığını heçə saymaqdır"

"Azanı qadağan etmək müsəlmanların varlığını heçə saymaqdır"


10-03-2017, 01:34. Yerləşdirdi: sefa "Azanı qadağan etmək müsəlmanların varlığını heçə saymaqdır"
"Azanı qadağan etmək müsəlmanların varlığını heçə saymaqdır".

Xalqinfo.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin Diyanət İşləri başçısı Mehmet Görməz bəyan edib.

İsrail hökumətinin məscidlərdə səsgücləndirici ilə azan oxunmasının qadağan edilməsi haqda hazırlanmış qanun layihəsini təsdiq etməsindən danışan Görmez azanın məscidlərin müstəqilliyinin simvolu olduğunu bildirib:

"Təəssüf ki, Qüdsdə azanı qadağan etdilər. Halbuki azanı qadağan etmək İslamın və müsəlmanların o torpaqlardakı bütün varlığını inkar etmək və heçə saymaq deməkdir. Məkkə və Mədinədən sonra müsəlmanların ən böyük mərkəzi, məbədi və müqəddəs məkanı sayılan Qüdsdə azanın qadağan edilməsi İslamın və müsəlmanların o torpaqlardakı bütün varlığını qadağan etmək deməkdir. Bu qəbul edilə bilməz”.
Geri qayıt