DataLife Engine > Din > Valideyn öz uşağını cəzalandıraraq vura bilərmi?

Valideyn öz uşağını cəzalandıraraq vura bilərmi?


9-03-2017, 10:41. Yerləşdirdi: Leyla Valideyn öz uşağını cəzalandıraraq vura bilərmi?

İslamda uşağa qarşı qəddar davranmaq, onu ağır cəzalandırmaq bəyənilmir.

Müqəddəslərimizin hədislərində hətta uşağı müəyyən yaş dövrünə kimi azad buraxmaq, onun səhvlərini bağışlamaq tövsiyə olunur. Amma əlbəttə ki, zərurət halında mütləq valideyn məsələyə müdaxilə etməli və uşağın səhvini başa salmalıdır.

Xalqinfo.az islam.az-a istinadən bildirir ki, lakin bu zaman radikal, qəddar və kobud davranışdan çəkinmək lazımdır. Həddi aşmadan uşağı danlamağın, hədiyyədən məhrum etməyin, onunla bir müddət küsülü qalmağın eybi yoxdur. Hətta zərurət halında uşağı yüngülcə fiziki tənbehə məruz qoymağa da icazə verilir. Amma əvvəla, bu addım ən sonda, o biri tədbirlər fayda verməyəndə atılmalıdır. Həmçinin, bədəndə iz buraxan, qızartı, göyərmə, yara qoyan zərbələr qadağandır. Hətta əgər valideyn bunu etsə, uşağa diyə (cərimə) ödəməlidir. Əgər diyəni verməsə, uşaq böyüyüb həddi-büluğa çatandan sonra ondan halallıq almalıdır. Əks halda valideyn qiyamətdə bu əməlinə görə Allah dərgahında cavab verəcək.

Leyla Həsənova
Geri qayıt