DataLife Engine > Din > Bu ölkə də Türkiyəyə “yox” dedi

Bu ölkə də Türkiyəyə “yox” dedi


4-03-2017, 11:15. Yerləşdirdi: sefa Bu ölkə də Türkiyəyə “yox” dedi
Almaniyadan sonra daha bir dövlət Türkiyənin ölkəsində tədbir keçirməsinə icazə verməyib.

Xalqinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Hollandiya Türkiyə rəsmilərinin referendumla bağlı Rotterdam şəhərində tədbir keçirmək istəyinə rədd cavabı verib. Hollandiya rəsmisi bildirib ki, tezliklə Ankara bu barədə məlumatlandırılacaq.

Qeyd edək ki, martın 11-nə planlaşdırılan tədbirə XİN başçısı Mövlud Çavuşoğlunun qatılacağı gözlənilirdi.

Onu da bildirək ki, Almaniyada da anoloji hal yaşanmışdı. Belə ki, Qaqqenau şəhərində Ədliyyə naziri Bəkir Bozdağın çıxış edəcəyi gün avtomobillərin park edilməsi üçün yerin və girişlərin az olduğu deyilərək tədbir ləğv edilmişdi.
Geri qayıt