DataLife Engine > Din, MARAQLI > Niyə qadınların qəbrini kişilərdən dərin qazırlar?

Niyə qadınların qəbrini kişilərdən dərin qazırlar?


17-11-2016, 20:23. Yerləşdirdi: sefa Niyə qadınların qəbrini kişilərdən dərin qazırlar?

Şəriətimizdə qadınla kişinin qəbrinin dərinliyi arasında fərq nəzərdə tutulmayıb. Bu, şəriətə deyil, ürfə (adət-ənənəyə) əsaslanan bir məsələdir.

"Xalqİnfo" İslam.az-a istinadən xəbər verir ki, qadın kişidən fərqli olaraq naməhrəmlərin gözündən ciddi şəkildə qorunmalıdır. Qadının demək olar ki bütün bədəni, hətta bədən cizgiləri naməhrəmdən örtülməlidir. Zənnimizsə, qadının qəbrinin dərin qazılmasının əsas səbəblərindən biri dəfn zamanı qəbrin ətrafında olan kişilərin cənazəni görə bilmələrinə mane olmaqdır. Qəbr dərin qazılanda dəfn və təlqin zamanı ətrafda duran adamların cənazəni görməsi çətinləşir. Həmçinin, hər hansı təbii hadisə (məsələn, zəlzələ və ya sel) baş versə, qəbrin dərinliyi onun uçulmasına və cənazənin üzə çıxmasına mane ola bilər.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt