DataLife Engine > Din, BLOK XƏBƏR > "Peyğəmbərimiz müsəlmanları İŞİD-ə görə xəbərdar edib"

"Peyğəmbərimiz müsəlmanları İŞİD-ə görə xəbərdar edib"


15-07-2014, 10:54. Yerləşdirdi: Tural "Peyğəmbərimiz müsəlmanları İŞİD-ə görə xəbərdar edib"
"Məhəmməd Peyğəmbər (s.ə.s) 1200 il əvvəl İŞİD-lə bağlı müsəlmanları xəbərdar edans press-in məlumatına görə, bu barədə Türkiyənin tanınmış din xadimlərindən olan Cübbeli Ahmet hoca deyib.

O bildirib ki, müqəddəs torpaqlardakı Ramazan söhbətləri zamanı bu barədə hədis eşidib. Din xadimi qeyd edib ki, 1200 il əvvəl peyğəmbərimiz (s.ə.s) bu günləri əvvəldən görüb və müsəlmanlara dövlətsiz bir birlikdən bəhs edib:

"Hədisdə buyurulur ki, bu insanların daşıdığı qara bayrağı görən müsəlmanlar hərəkət etməməlidir. Müsəlmanlar olduqları yerdə dayanmalı və bu birliyə dəstək verməməlidir".

Qeyd edək ki, İraq Şam İslam Dövləti terror təşkilatı müsəlmanları sıralarına cəlb edərək bölgədə cihad adı ilə qırğınlar törədir. Qara rəngdə bayrağı olan birliyin törətdikləri hadisələr dünya ictimaiəti tərəfindən qınanılır.

Geri qayıt