DataLife Engine > Din, BLOK XƏBƏR > Briliant müsalmanları aşağılayan söz danışdı

Briliant müsalmanları aşağılayan söz danışdı


9-07-2014, 21:28. Yerləşdirdi: Tural Briliant müsalmanları aşağılayan söz danışdı
Xalq artisti Brillliant Dadaşovanın ötən il Ramazan ayında məsciddə verdiyi iftar süfrəsində əməkdar artistlər, Zöhrə Abdullayeva və Elza Seyidcahanla birgə çəkdirdiyi foto sosial şəbəkədə yenidən müzakirə olunub. Xalqinfo.az Lent.az-a istinadən məlumatına görə, B.Dadaşova onlara ünvanlanan iradlara kəskin reaksiya verib. O bildirib ki, dünya əhalisi müsəlmanlarının adını eşidən zaman diksinir: “Nə axmaq, cahil müsəlmanlar var imiş. Ona görə də, dünya müsəlmanların adı gələndə diksinir. Bizim inancımız, imanımız böyük fəlsəfə olan İslamadır”.

B.Dadaşova daha sonra Z.Abdullayeva və E.Seyidcahan barədə tənqidi fikir yazanlara da səslənib: “ Əlbəttə, qolu açıq geyinib heç kəsə mərdimazarlıq etməyib. Ağlı, əqidəsi, düşüncəsi pislik istehsal edən bəzi insanlara demək istəyirəm ki, bu bəsit fikirləri boş boğazlarında saxlasalar, Allaha daha da xoş olar”.
Geri qayıt