DataLife Engine > Din > "İslam dünyası Hələbi müdafiə etmək üçün birləşməlidir" -

"İslam dünyası Hələbi müdafiə etmək üçün birləşməlidir" -


9-10-2016, 00:26. Yerləşdirdi: sefa "İslam dünyası Hələbi müdafiə etmək üçün birləşməlidir" -
Dünya Müsəlman Alimlər Birliyi başqanı Yusif əl- Kardavi Suriyanın Hələb şəhərini müdafiə etmək üçün İslam dünyasını birliyə çağırıb.


Xalqİnfo.az Avropa.info-a istinadən xəbər verir ki, İstanbulda keçirilən Avropa Fətva və Araşdırma Məclisinin 26-ci sessiyasına qatılan Karadavi, hər bir müsəlmanın Hələbi müdafiə etmək üçün birgə hərəkət etməsinin vacib olduğunu deyib.

"Qarşımızda Hələb kimi vəhşilərin süfrəsində parçalanan bir şəhər varkən, İslam ümmətinin dağınıq halda olması caiz deyil."

Hələbdə baş verənlərin İslam düşmənlərinin daxil olduğu böyük bir məsələ olduğunu ifadə edən Karadavi, müsəlmanların qan tökməyi və müharibəni sevmədiyini, ona düşmənçilik edənlər xaricində kimsəylə düşmənçilik etmədiyini deyib.

Qeyd edək ki, Suriyanın Hələb şəhəri sentyabrın 19-dan etibarən Rusiya və Əsəd rejimi tərəfindən fasiləsiz olaraq bombalanır. Bu hücumlarda 100-lə dinc sakin həyatını itirib.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Xalqİnfo.az

Geri qayıt