DataLife Engine > Din, BLOK XƏBƏR > DİN və MTN “ləzgi məscidi”ndə əməliyyat keçirir

DİN və MTN “ləzgi məscidi”ndə əməliyyat keçirir


20-06-2014, 14:12. Yerləşdirdi: Tural DİN və MTN “ləzgi məscidi”ndə əməliyyat keçirir
Bu gün günorta radələrində Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları İçərişəhərdə yerləşən “Ləzgi məscidi” kimi tanınan məsciddə əməliyyat keçirib. Hadisə yerində olan “Yeni Müsavat”ın reportyorunun verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları məscidə gedən yolu bağlayıblar: “Ərazidə çox sayda polis əməkdaşı var. Onlar maşınlarla yolları bağlayıblar. Eyni zamanda cümə namazına gələnlərin qarşısı kəsilir. Onlar birbaşa “Cümə məscidi”nə yönləndirilirlər”.

Onun sözlərinə görə, “Ləzgi məscidi”ndəki əməliyyat İŞİD-lə bağlıdır: “Ərzidəki ticarət köşklərində çalışanlardan öyrəndim ki, son günlər “Ləzgi məscidi”nə gələnlərin sayı çoxalıbmış. Onlar axşam saatlarında da məscidə gələrək tədbir keçirirmişlər”.

Səbail Rayon Polis idarəsininin əməkdaşları “Ləzgi məscidi”nin bağlanmasını orada keçirilən tədbirlə əlaqələndiriblər.
DİN və MTN “ləzgi məscidi”ndə əməliyyat keçirir
DİN və MTN “ləzgi məscidi”ndə əməliyyat keçirir
DİN və MTN “ləzgi məscidi”ndə əməliyyat keçirir
Geri qayıt