DataLife Engine > Din, BLOK XƏBƏR > Ramil Usubov Ceyhun Osmanlının qardaşını DİN-dən çıxartdı -

Ramil Usubov Ceyhun Osmanlının qardaşını DİN-dən çıxartdı -


12-06-2014, 21:18. Yerləşdirdi: Tural Ramil Usubov Ceyhun Osmanlının qardaşını DİN-dən çıxartdı -
Deputat Ceyhun Osmanlının qardaşı Daxili İşlər orqanlarından xaric edilib


“Xalqinfo” “aktual.az”a istinadən xəbər veri ki, Faiq Osmanlı yeni təyin olunduğu, Ağdaş Mühafizə Bölməsinin rəisi vəzifəsindən azad olunub.

DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumatı təsdiqləyib.

Şöbə rəisi bildirib ki, Faiq Osmanlı öz arzusu ilə daxili işlər orqanlarından azad olunması barədə raport yazıb. Daxili İşlər Naziri Ramil Usubovun müvafiq əmri ilə, onun raportu nəzərə alınıb və Faiq Osmanlı Daxili İşlər orqanlarından xaric edilib.

Xatırladaq ki, bir müddət əvvəl, Faiq Osmanlı Göyçay Rayonlararası Mühafizə Bölməsinin rəisi vəzifəsindən azad olunaraq, Ağdaş Mühafizə Bölməsinə rəis təyin edilmişdi.


Şərh Yaz
Geri qayıt