DataLife Engine > Din, BLOK XƏBƏR > Bakıda “Aşurbəy” məscidi müvəqqəti bağlandı

Bakıda “Aşurbəy” məscidi müvəqqəti bağlandı


29-07-2016, 18:20. Yerləşdirdi: Tural Bakıda “Aşurbəy” məscidi müvəqqəti bağlandıBakıdakı tanınmış “Aşurbəy” məscidinin (“Ləzgi məscidi”) fəaliyyəti kütləvi ibadət üçün dayandırılıb.

Xalqinfo.az bildirir ki , məsciddən APA-ya bildiriblər ki, buna səbəb kimi məscidin təmirə dayandırılması göstərilib.

Qeyd olunub ki, məscid fəaliyyətini təmir məqsədi ilə müəyyən müddətə dayandırıb.

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya bununla bağlı xəbərdar olduqlarını bildirsələr də, məscidin İçəri Şəhər Dövlət Qoruğu idarəsinin nəzdində və nəzarətində olduğunu bildiriblər.

Xatırladaq ki, “Aşurbəy” məscidi ilə bağlı Azərbaycandan Suriyaya döyüşməyə gedənlərə dəstək verilməsi iddiaları var.


Xalqinfo.az
Geri qayıt