DataLife Engine > Din > Bakıdan Məşhədə aviareys açılacaq

Bakıdan Məşhədə aviareys açılacaq


16-06-2016, 17:24. Yerləşdirdi: Tural Bakıdan Məşhədə aviareys açılacaq

Yaxın vaxtlarda Bakıdan İranın Məşhəd şəhərinə aviareysin açılması planlaşdırılır.

Bunu jurnalistlərə açıqlamasında İranın "ATA Airlines" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Nader Şayesti bildirib.

Onun sözlərinə görə, artıq bu marşrutla uçuşların təşkili məqsədi ilə zəruri lisenziya alınıb.

"Hazırda uçuşların həyata keçirilməsi üçün hazırlıq işləri aparılır. Bu ilin sonuna kimi aviareysin yerinə yetirilməsinə başlanılması nəzərdə tutulub", - deyə şirkət rəsmisi əlavə edib.
Geri qayıt