DataLife Engine > Din, BLOK XƏBƏR > Kəbə gül suyu və zəmzəmlə yuyuldu

Kəbə gül suyu və zəmzəmlə yuyuldu


30-05-2014, 09:21. Yerləşdirdi: Tural Kəbə gül suyu və zəmzəmlə yuyuldu
Müsəlmanların qibləsi Kəbə mərasim təşkil edilərək, gül suyu və zəmzəmlə yuyulub.

ANS PRESS-in məlumatına görə, Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləzizin təyin etdiyi Məkkə əmiri Məşal bin Abdullahın nəzarəti ilə Kəbə gül suyu və zəmzəmlə yuyulub.

İldə iki dəfə keçirilən mərasim haqqında məlumat verən Səudiyyə Ərəbistanının Mədəniyyət və İnformasiya naziri Əbdüləziz min Muhyiddin Kəbənin içinin və divarlarının gül suyuyla qarışdırılmış zemzemle yuyunduğunu açıqlayıb.

Kəbənin yuyulması mərasimi iki rükət namaz qılınması ilə başlayır. Sonra Kəbənin içinə girilərək divarlar ağ örtüklərlə və gül suyu qarışdırılmış zəmzəmlə təmizlənir, içəriyə gül ətri səpilir və müşk iyi verən buhurdanlar yandırılır.

Qeyd edək ki, ənənəvi olaraq hər ilin şaban ayının 1 də müsəlmanların qibləgahı müqəddəs Kəbənin içərisi gül suyu və Zəmzəm suyu ilə yuyulur.

Geri qayıt