DataLife Engine > Din, BLOK XƏBƏR > Nardaran olaylarında ölənlərin dəfn edildiyi yer bilindi -

Nardaran olaylarında ölənlərin dəfn edildiyi yer bilindi -


27-02-2016, 22:33. Yerləşdirdi: Tural Nardaran olaylarında ölənlərin dəfn edildiyi yer bilindi -

Nardaran qəsəbəsində ötən il dekabrın 1-də qurulan polis postlarının əksəriyyəti götürülüb. Kəndə giriş-çıxış sərbəst şəkildə mümkündür. Hazırda Nardaranda yalnız 3 yerdə polis postu qalmaqdadır.

“Xalqinfo” xəbər verir ki musavat.com-un əməkdaşları Nardaranda olarkən ötən ilin noyabr ayının 26-da polislə silahlı qarşudurmada öldürülənlərin dəfn olunduğu məzarlığı da ziyarət ediblər. Kənd sakinləri arasında bu məzarlıq “Köhnə Nardaran qəbristanlığı” kimi adlanır. Bu məzarlıqda yaxın 20 il ərazində kənd sakinlərindən heç kim dəfn edilməyib. Kəndin əsas qəbristanlığı “Əli meydanı”nın yanında, “Cümə” məscidinin yanındadır. Kənd sakinləri də əsasən burada dəfn edilir. Yalnız Nardaran hadisələrində öldürülən 4 nəfər burada dəfn edilib. Köhnə qəbristanlıqda 4 məzardan başqa bir neçə qədim başdaşı görmək mümkündür.

Məzarlıqda Nardaran sakinləri Əkbər Babayevin, Fərahim və Rəfael Bünyatov qardaşlarının və Masallı rayon sakini Sarvan Səfərovun qəbirləri var. Məzarlığın ətrafında bu gün də polis əməkdaşları növbə çəkir. Yaxınlıqda yaşayanların bildirdiyinə görə, qəbirləri ölənlərin yalnız ailə üzvləri bir neçə dəfə ziyarət edib.

Xatırladaq ki, ötən il noyabrın 26-da polislə silahlı qarşıdurmada 4 dindar öldürülmüşdü. 2 polis əməkdaşı da həlak olmuşdu. Müsəlman Hərəkatı Birliyinin sədri Tale Bağırzadə və bir neçə dindar həbs edilmişdi.

Nardaran olaylarında ölənlərin dəfn edildiyi yer bilindi -
Nardaran olaylarında ölənlərin dəfn edildiyi yer bilindi -
Nardaran olaylarında ölənlərin dəfn edildiyi yer bilindi -
Nardaran olaylarında ölənlərin dəfn edildiyi yer bilindi -
Geri qayıt