DataLife Engine > Din, MANŞET > Prezidentə Quran hədiyyə etdilər - Video

Prezidentə Quran hədiyyə etdilər - Video


17-02-2016, 22:46. Yerləşdirdi: Tural Prezidentə Quran hədiyyə etdilər - Video

Prezident İlham Əliyev bu gün Gəncədə “İmamzadə” dini kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

“Xalqinfo”
xəbər verir ki, İlham Əliyev əvvəlcə respublika ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşüb. Mərasim müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

Dövlət başçısı mərasimdə nitq söyləyib.

Sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış edib.

Allahşükür Paşazadə dövlət başçısına “Qurani-Kərim” hədiyyə edib.

Daha sonra Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Katolik Kilsəsinin rəhbəri Vladimir Fekete və Gəncə Dövlət Universitetinin dekanı Mübariz Yusifov çıxış ediblər.

Mərasimdən sonra dövlət başçısı “İmamzadə” kompleksində yaradılan şəraitlə tanış olub.

Sonda “İmamzadə” dini kompleksində ehsan verilib.



Geri qayıt