DataLife Engine > Din > Gözəl əxlaq- dinin yarısıdır

Gözəl əxlaq- dinin yarısıdır


13-05-2014, 00:43. Yerləşdirdi: Tural Gözəl əxlaq- dinin yarısıdır
İnsana dəyər verən və Allah Təala yanındakı məqamını yüksəldən əməllərdən biri də gözəl əxlaqdır.


“Xalqinfo” Deyerler.org-a istinadən xəbər verir ki, gözəl əxlaq odur ki, insan ailəsi və başqaları ilə xoş rəftar edər. Səbirli, hövsələli, təvazökar olar. (Erfan)

Həzrət Peyğəmbər (s) buyurur: “Bütün insanlarla gözəl əxlaqla rəftar edin”.

İmam Sadiq (ə) buyurur: “Mömin İlahi vaciblərdən sonra, Allah Təalanın dərgahına insanlara rahatlıq verən əxlaqdan daha sevimli əməl gətirməz”.

Həzrət Peyğəmbər (s) insanlara xitab edərək buyurur: “Xoş əxlaqlı olun, çünki xoş əlxaq çarəsiz behiştdədir. Pis əxlaqdan çəkinin, çünki pis əxlaq çarəsiz cəhənnəmdədir”.

Həzrət (ə) başqa yerdə buyurur: “Gözəl əxlaq - dinin yarısıdır”.

Həzrət Peyğəmbər (s) Əbuzərə buyurur: “Harada olsan, İlahi təqvaya riayət et, insanlarla xoş əxlaqla rəftar et. Nə zaman günah etsən, elə bir həsənə yerinə yetir ki, həmin günahı məhv etsin”.

Bir kişi Peyğəmbərlə (s) üz-üzə gəlir və soruşur: “Din nədir?”. Həzrət (s) buyurur: “Xoş əxlaq”. Sonra Peyğəmbərin (s) sağ tərəfindən gəlir və deyir: “Din nədir?”. Buyurur: “Xoş əxlaq”. Sonra sol tərəfindən gəlib, bu sualı verir və eyni cavabı eşidir. Həmin kişi Peyğəmbərin (s) arxasından gəlib, həmin sualı verən zaman, Həzrət (s) buyurur: “Dinin nə olduğunu başa düşmədin? Din odur ki, qəzəblənməyəsən”.


Geri qayıt