DataLife Engine > Din, MANŞET > 1644 litr qan toplanıb

1644 litr qan toplanıb


24-10-2015, 15:13. Yerləşdirdi: Kainat 1644 litr qan toplanıbAşura günü ilə əlaqədar respublikada keçirilən qanvermə aksiyası zamanı saat 14:00-a qədər 3654 nəfər qan verib.

Xalqinfo.az bildirir ki , bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.

Onun sözlərinə görə, qanvermə aksiyası zamanı 1644 litr qan toplanıb. Toplanan qan talassemiya və hemofiliyalı xəstələrin müalicəsində istifadə ediləcək. Qanvermə aksiyası respublikada 17 məntəqədə təşkil edilib.

Qeyd edək ki, hər il Azərbaycanda Aşura mərasimi zamanı ənənəvi qanvermə aksiyası keçirilir.


Kainat Şirin


Xalqinfo.az

Geri qayıt