DataLife Engine > Din, BLOK XƏBƏR > Gəncədə Aşura -

Gəncədə Aşura -


24-10-2015, 15:10. Yerləşdirdi: Kainat Gəncədə Aşura - Gəncədə şəhər İcra Hakimiyyəti tərəfindən Aşura gününün mütəşəkkil və yüksək səviyyədə keçirilməsi üçün əvvəlcədən hazırlıq işləri aparılaraq inanclı insanlara lazımi imkanlar və şərait yaradılıb.

Xalqinfo.az Trend-ə istinadən bildirir ki, bu gün səhər saatlarından başlayaraq ictimai nəqliyyat vasitələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Şəhərin müxtəlif yaşayış massivlərindən ziyarətçilərin "İmamzadə" dini kompleksinə aparılması üçün pulsuz nəqliyyat vasitələri də təşkil edilib.

Eyni zamanda, vətəndaşlara xidmət və təhlükəsizliyi təmin etmək üçün məscidlərin ətrafına və "İmamzadə" dini kompleksinə təcili tibbi yardım briqadası, Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobilləri cəlb edilib. Ziyarətgahda işıqlandırma sisteminin əhatə dairəsi daha da genişləndirilib. İçməli su daşıyan maşınlar da ziyarətçilərin ixtiyarına verilib. Xeyriyyəçi insanlar ziyarətgahda çadırlar qurublar. İmamzadəyə gedən yollarda tıxacların yaranmaması üçün şəxsi avtomobil vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

DYP əməkdaşları tərəfindən yollarda sürücülər bu haqda məlumatlandırılıblar. Gəncəlilər Aşura günündə keçirilən qanvermə aksiyalarında böyük həvəslə iştirak edirlər. Xəstəxanalarda gözü yolda olan, qan gözləyən, ehtiyacı olanlara kömək etmək mərhəmətdən irəli gəlir və bu Allaha imanın, ibadətin ifadəsidir.
Gəncədə Aşura -
Gəncədə Aşura -



















Kainat Şirin


Xalqinfo.az

Geri qayıt