DataLife Engine > Din, MANŞET > Zəvvarların təhlükəsizliyini 15 min polis qoruyacaq

Zəvvarların təhlükəsizliyini 15 min polis qoruyacaq


6-09-2015, 09:28. Yerləşdirdi: Kainat Zəvvarların təhlükəsizliyini 15 min polis qoruyacaqBu il Həcc ziyarəti zamanı Məkkədə zəvvarların təhlükəsizliyini 15 min polis əməkdaşı təmin edəcək.
XALQİNFO.AZ bildirir ki , APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Məkkənin Mülki Müdafiə üzrə Baş İdarəsinin rəhbəri Həmid bin Əbdül əl Mübadəl bildirib.

“İdarə sabahdan, yəni bazar günündən etibarən 15 mindən çox zabit və sıravini cəlb etməklə Həcc zamanı fövqəladə halların qarşısının alınması planının icrasına başlamağa hazırdır”, deyə Həmid bin Əbdül əl Mübadəl bildirib.

Onun sözlərinə görə, Məkkədə və ətrafında 250 yardım mərkəzi və 55 səyyar yanğınsöndürmə heyəti yerləşdirilib.

Səudiyyə Ərəbistanı bu il Həcc ziyarətinə 1,5 milyondan çox zəvvarın gələcəyini gözləyir.

Kainat Şirin
Geri qayıt