DataLife Engine > Din > Qadının razılığı olmasa kəbin batildir

Qadının razılığı olmasa kəbin batildir


14-08-2015, 09:18. Yerləşdirdi: Tural Qadının razılığı olmasa kəbin batildir
Kəbin kəsilən zaman qızın (qadının) iştirakı və razılığı lazımdırmı?


Xalqinfo” oxucuların bu sualına islam.az saytının cavabını təqdim edir:

“Kəbin kəsilən zaman hər iki tərəfin razılığı əsas şərtdir. Əgər qız (qadın) və ya oğlan (kişi) kəbinə qəti surətdə razı deyillərsə, bu halda kəbin batil sayılır. Lakin qız razıdırsa, kəbində iştirak etməsi vacib deyil.

Əgər qadın istəsə, iştirak edə bilər ya da öz razılığını bir qohumu vasitəsilə (buna şəriətdə vəkil deyirlər) çatdıra bilər. Vəkil qızın adından kəbində iştirak edir, onun razılığın çatdırır, mehriyyə və sairə məsələləri qızın adından həll edir”.
Geri qayıt