DataLife Engine > Din > Rayonun bütün əhalisinin orucu batil oldu

Rayonun bütün əhalisinin orucu batil oldu


29-06-2015, 05:34. Yerləşdirdi: Kainat Rayonun bütün əhalisinin orucu batil olduTürkiyə Şanlıurfa vilayəti Siverek rayonu sakinlərinin orucu batil olub. Xalqinfo.az bildirir ki,ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, rayon ərazisindəki məscidlərdən birində şam azanı 19.57 yerinə 19.52-də oxunub. İlk azanın verilməsi ilə orucunu açan sakinlər ikinci azan səsi ilə şoka düşüblər. Rayon sakinləri müftiliyə zəng vuraraq baş verənlər barədə məlumat almağa çalışıblar. Müftilik əməkdaşları tez açılan orucların pozulduğunu, 1 gün qəza edilməli olduğunu deyərək sakinlərdən üzr istəyib.

“Təəssüflə bildiririk ki, tamamilə mexaniki olaraq baş vermiş bu səhvə əməkdaşımız yol verib. Diqqətsizlik edərək azanı tez oxuyan əməkdaşımız barədə araşdırma başladılacaq. Orucunu pozan vətəndaşlarımız isə ramazan ayından sonra 1 gün qəza orucu tutmalıdırlar. Baş verənlərə görə bütün vətəndaşlarımızdan üzr istəyirik”.

Qeyd edək ki, Siverek rayonunun 240 minə yaxın sakini var. Erkən azanın hansı məsciddə verilməsi və nə qədər sakinə təsir etməsi barədə isə məlumat verilməyib.

Geri qayıt