DataLife Engine > Din, BLOK XƏBƏR, MANŞET > İslama qarşı növbəti təhqir

İslama qarşı növbəti təhqir


25-06-2015, 01:03. Yerləşdirdi: Kainat İslama qarşı növbəti təhqirHollandiyada müsəlmanlara düşmənliyi ilə tanınan, aşırı sağçı Azadlıq Partiyasının (PVV) lideri Geert Vildersin İslam əleyhinə internetdə yaydığı karikaturaları, ölkənin dövlət telekanalı da yayıb.

Xalqinfo.az xəbər verir ki, Hollandiyanın dövlət televiziyasındakı yayılan və Vildersin qısa açıqlaması ilə başlayan "film"də İslamı təhqir edən 9 rəzil karikaturaya yer verilib.

Qeyd edək ki, Vilders karikaturaların göstərildiyi bu "film"i şənbə günü video paylaşma saytı Youtubede yaymışdı.

Karikaturaları Hollandiya parlamentində nümayiş etdirilməsini istəyən Vildersin bu tələbi rədd edilib. Holandiyanın dövlət telekanalının Vildersin bu rəzil "filmi"ni bir daha göstərəcəyi gözlənilir.
Mənbə
Avropa.info
Geri qayıt