DataLife Engine > Din > “Terrora dini don geyindirilməsi ikrah doğurur”

“Terrora dini don geyindirilməsi ikrah doğurur”


1-05-2014, 20:43. Yerləşdirdi: Tural “Terrora dini don geyindirilməsi ikrah doğurur”
“Terror əməllərinə dini ideologiya donu geyindirilməsi ikrah doğurur. Müxtəlif ölkələrdə islam dini haqqında məqsədyönlü şəkildə yanlış təsəvvür yaradılır, hətta islamı terrorla eyniləşdirməyə cəhdlər edilir. Halbuki kin, nifrət, zorakılıq və təcavüz dünya dinlərinin, o cümlədən islamın müqəddəs hökmlərinə ziddir”. “Media forum” saytı xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə aprelin 30-da Vaşinqtonda “ABŞ-Azərbaycan konvensiyası: gələcəyə baxış” mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.


Allahşükür Paşazadə bildirib ki, bütün problemlərin fövqündə duran sülh probleminin həm qlobal, həm də lokal miqyasda həllində dövlətlərin, ictimai və dini qurumların birgə əməkdaşlığı səmərəli nəticə verə bilər.

Şeyxüilslam vurğulayıb ki, Qafqaz bölgəsinin həllini tapmayan problemlərindən biri də Azərbaycanın 20 ildən artıqdır üzləşdiyi Qarabağ münaqişəsidir. Bu münaqişə nəticəsində ermənilərin Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini, bir milyon nəfər azərbaycanlının etnik təmizləmə siyasətinə məruz qaldığını diqqətə çatdıran Allahşükür Paşazadə qeyd edib ki, işğal olunmuş ərazilərdə müsəlman, xristian və yəhudi dini abidələri dağıdılıb: “Bu isə dinlərarası qarşıdurma təhlükəsinə yol aça bilər”.
Musavat.com
Geri qayıt