DataLife Engine > Din, BLOK XƏBƏR, MANŞET > Şeyxdən Fətva

Şeyxdən Fətva


19-06-2015, 16:06. Yerləşdirdi: Kainat Şeyxdən FətvaQafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurası Birinci Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançılarının müraciətlərini nəzərə alaraq, İslam fiqhi və şəriətinə dair bəzi məsələlərə aydınlıq gətirib və münasibətini bildirib.

Xalqinfo.az bildirir ki,QMİ-dən APA-ya verilən məlumata görə, bu ilin Ramazan ayı Azərbaycanın tarixində ilk dəfə keçirilən Birinci Avropa Oyunları ilə eyni günlərə təsadüf edib.

"Bu möhtəşəm idman yarışı növbəti dəfə dünyanın diqqətini Vətənimizə yönəldib, qalib idmançılarımızın şərəfinə qaldırılan bayrağımız Azərbaycanın şanlı salnaməsinə öz dəyərli töhfəsini verib və yenə də verməkdədir. Mübarək hədisi-şərifdə buyurulub ki, Vətəni sevmək imandandır. Rəqabət meydanında güclü olmaq, Vətənin şərəfini qoruyaraq Bayrağını ucaya qaldırmaq da iman göstəricisidir. Bunun üçün heç şübhəsiz ki, ruhi və cismani sağlamlıq mühümdür.

Ramazanın hər gəlişi İslam aləmi üçün böyük sevincdir və bizi də çox məmnun edir ki, hər il bu müqəddəs ibadətlərə Azərbaycan idmançıları da səbr və təqva ilə qoşulurlar. Fəqət bu il orucluq Birinci Avropa Oyunlarının gərgin yarışlar dönəminə təsadüf edir. Ramazanda İslamın mücahid idmançısı rəqib qarşısında daha qüvvətli və şücaətli olmaq üçün oruc tutmaya bilər. Bununla bağlı səhih mənbələrdə bildirilir ki, belə səbəblərdən oruc tuta bilməyən və ya orucunu pozmalı olan şəxslər onun qəzasını orucluqdan sonra yerinə yetirməlidirlər. Çünki, rəqiblə idman meydanında aparılan mübarizədə qalib gəlmək, Vətənin şərəfini qorumaq, bayrağını ucaltmaq – vacib və savab əməllərdəndir.

Azərbaycan dindarları bu əziz günlərdə inanırlar ki, Birinci Avropa Oyunlarında idmançılarımızın qələbəsi - torpaqlarımız, Vətənimiz uğrunda canlarından keçən bütün qəhrəman şəhidlərin xatirəsinə ən dəyərli töhfə, ölkəmizin şərəf salnaməsinə yazılan ən parlaq səhifədir. Mübarək Ramazanda edilən duaların qəbul olunacağına əmin olduğumuz üçün biz Allah-taaladan dövlətçiliyimizin möhkəmlənməsi və xalqımızın rifahı naminə böyük fədakarlıq göstərən dövlət rəhbərimiz İlham Əliyev cənablarına, Avropa Oyunları Komitəsinin sədri Mehriban xanım Əliyevaya sonsuz xeyir-dualar diləyir, tariximizə zəfərlər yazmaqda olan idmançılarımıza uğurlar arzulayırıq. Ülvi niyyətimiz budur ki, Qadir Allah doğma Azərbaycanımızın qüdrətli və firavan gələcəyini, ölkəmizdə və bütün dünyada sülhü və əmin-amanlığı bərqərar etsin, bizi daim müzəffər qərar versin, inşallah!", - deyə məlumatda bildirilir.

Geri qayıt