DataLife Engine > Din > Dinə əsasən körpəyə neçə ay ana südü verilməlidir?

Dinə əsasən körpəyə neçə ay ana südü verilməlidir?


11-05-2015, 11:58. Yerləşdirdi: Tural Dinə əsasən körpəyə neçə ay ana südü verilməlidir?
Tibbi baxımdan ana südü körpə üçün ən xeyirli qida sayılır.


“Xalqinfo”nun islam.az-a istinadən məlumatına görə, onun tərkibində körpənin sağlam inkişafı üçün tələb olunan bütün faydalı maddələr vardır. Buna görə İslam dinində ananın öz körpəsini südlə böyütməsi təşviq edilir.

Qurani-kərimin “Əhqaf” surəsinin 15-ci ayəsində buyurulur ki, hamiləlik və südvermə müddətləri üst-üstə 30 aydır. “Bəqərə” surəsinin 233-cü ayəsində isə buyurulur ki, analar öz uşaqlarına iki il boyunca süd versinlər.

Məsələ bundadır ki, hamiləliyin ən qısa müddəti 6 aydır; bundan az müddətdə doğulan uşaq yaşaya bilməz. Buna görə Allah ən qısa hamiləlik müddətini 6 ay götürərək, südverməyə 2 il ayırır və bunların cəmini 30 ay hesab edir. Bəzi hədislərdə körpəyə ən azı 21 ay süd verilməsi buyurulur.
Geri qayıt